Qatar avtobusla toqquşdu- Ölənlər var
3 Yanvar 2015 12:30 (UTC+04:00)
Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, qəza Marani kəndi ərazisində baş verib.
Toqquşma nəticəsində mikroavtobusun 3 sərnişini ölüb. Nəqliyyat vasitəsində olan iki azyaşlı uşaq isə xəsarət almayıb.
Qəzaya səbəb kimi qadağan edilmiş yerdə dəmiryol xəttinə çıxmış mikroavtobus sürücüsünün yaxınlaşan qatarı görməməsi göstərilir.