Əhali polis idarələrinin fəaliyyətini qənaətbəxş hesab etmir - SORĞU

1 Oktyabr 2012 08:16 (UTC+04:00)
AzNews.az saytının paytaxtın polis idarələrinin fəaliyyəti ilə bağlı keçirdiyi sorğuya yekun vurulub. Bir ay davam edən və oktyabrın 1-də yekunlaşan səsvermədə 2597 nəfər iştirak edib ki, onlardan da böyük əksəriyyəti, yəni 1586 nəfəri heç bir rayon polis idarəsinin fəaliyyətini qənaətbəxş hesab etməyib.

Fəaliyyəti bəyənilən polis idarələrinin siyahısında 210 səslə Nizami Rayon Polis İdarəsi birinci olub. İkinci yerdə 146 səslə Bakı Şəhər Baş Polis İdarəsi dayanır. Binəqədi RPİ sorğu iştirakçılarının 142 nəfərinin müsbət rəyini alaraq siyahıda üçüncü yerdə qərar tutub.

Səsvermənin nəticələrinə görə, Nərimanov RPİ 98 səs alıb. Sonrakı yerləri 71 səslə Nəsimi, 62 səslə Yasamal RPİ bölüşdürür. Xətai və Səbael RPİ-ni bir-birindən cəmi 2 səs fərqi ayırır - müvafiq olaraq 60 və 58 səs. Xəzər və Qaradağ RPİ isə eyni sayda - cəmi 42 səs qazanaraq siyahıda eyni yerləri bölüşdürüb. Suraxanı RPİ-nin fəaliyyətinin bəyənənlərin sayı cəmi 41 nəfər olub. Son yerdə Sabunçu RPİ durur ki, bu polis idarəsinin fəaliyyətini cəmi 39 nəfər bəyənib.

Elnarə Əlosmanqızı
AzNews.az