78 dilənçi Xızı və Yevlax rayonuna göndərildi
3 Yanvar 2015 17:42 (UTC+04:00)
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Binəqədi RPİ əməkdaşları tərəfindən dilənçiliklə məşğul olduqlarına görə 72 nəfər (22 qadın, 17 kişi və 33 azyaşlı) saxlanılıb, onlara xəbərdarlıq edildikdən sonra yaşadıqları Xızı rayonuna göndəriliblər.
Nərimanov RPİ əməkdaşları tərəfindən isə dilənçiliklə məşğul olduqlarına görə 6 nəfər (2 qadın və 4 azyaşlı) saxlanılıb, onlara xəbərdarlıq edildikdən sonra yaşadıqları Yevlax rayonuna göndəriliblər.