“Nigar Yaqublu azadlığa buraxılmalıdır”

1 Oktyabr 2012 08:51 (UTC+04:00)
Azərbaycan Respublikasının Milli Məclisinin 2012-ci il payız sessiyasının iclası öz işinə başlayıb. İclas zamanı Qüdrət Həsənquliyev çıxışında bildirib ki, Nigar Yaqublu azadlığa buraxılmalıdır: "Mən də bu məsələnin həlli üçün çalışıram.

Çünki məhkəmə istintaq müddəti getdiyi vaxtda xanımı həbsə atmaq yolverilməzdir. Ona görə də, bu müddət bitənə və məhkəmə qərar verənə kimi N. Yaqublu azadlıqda olmalıdır.

Məhkəmə qərar veriləndən sonra hər hansı bir addım atıla bilər. Onun həbsə atılmasını artıq məhkəmə müəyyənləşdirə bilər".

İlkin
AzNews.az