Bakıda güclü partlayış - Ölənlər var - YENİLƏNİR -FOTO

1 Oktyabr 2012 08:51 (UTC+04:00)
Bu dəqiqələrdə AzNews.az-a daxil olan məlumata görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda güclü partlayış baş verib.

Hadisə yerinə əməkdaşlarımız yollanıb. Partlayış barədə ətraflı məlumatı bir neçə dəqiqədən sonra verəcəyik.

***

AzNews.az-ın əməkdaşının hadisə yerindən verdiyi ilkin məlumata əsasən, şahidlər deyib ki, ərazidə ard-arda 7 partlayış baş verib. Bildirilir ki, qurğunun içərisində qazdan zəhərlənənlər var. Partlayış zamanı çoxlu sayda ölən və yaralananların olduğu ehtimal olunur.
Qeyd edək ki, ərazi polislər tərəfindən bağlanılıb və heç bir nəqliyyat vasitəsi yaxına buraxılmır.

***
Hadisə zamanı 5 nəfərin öldüyü bildirilb. Əməkdaşımız bildirir ki, meyit 5 saylı xəstəxanaya aparılıb.

Elnarə
AzNews.az