Türk mafiyasının atası öldürüldü

4 Yanvar 2015 20:20 (UTC+04:00)



AzNews.az xəbər verir ki, 44 yaşlı iki qız uşaq atası Fidan yeni il günü Amsterdamın Noord rayonunda minik avtomobilində silahlı hücuma məruz qalıb.

"Vətən" qəzetinin xəbərinə görə, saat 15.30 radələrində baş verən hadisə zamanı Okan Fidan Volvo markalı avtomobilinin sükanı arxasında ağır yaralanıb və qaldırıldığı xəstəxanada bütün müdaxilələrə baxmayaraq ölüb.

Qeyd edək ki, mafiya atası hesab edilən Fidana 11 avqust 2010-cu ildə də sui-qəsd təşkil edilmişdi.

O zaman Fidanın içində olduğu BMW markalı bir avtomobildə bomba partlamış, ancaq maşının zirehli olması səbəbindən hadisədə ölən olmamışdı.

AzNews.az