Dünya çempionumuz baş məşqçini döydü -EKSKLÜZİV

1 Oktyabr 2012 08:54 (UTC+04:00)


İki gün öncə Azərbaycan Karate Federasiyasında hamını heyrətləndirən hadisə baş verib. Dünya və Avropa çempionumuz Rafael Ağayev yeniyetmələr üzrə baş məşqçi Rəhman Hətəmovu möhkəm döyüb.

Dava iclas zamanı - keçirilən yarışmanın nəticələrilə bağlı təşkil olunan toplantıda baş verib. Nəticələri müzakirə edən zaman baş məşqçi ilə çempionumuz arasında mübahisə yaranıb. Nəticədə isə Rafael öz fənlərini Rəhman üzərində tətbiq edib.

Yalnız başqa idmançıların müdaxiləsindən sonra dava sakitləşdirilib. İki tanınmış idmançının arasında yaranan belə bir münasibətin əsil səbəblərini araşdırmağa çalışacağıq.

Azər
AzNews.az