Rus müğənni Ukraynada axtarışa verildi

4 Yanvar 2015 21:35 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "112 Ukrayna" telekanalı yayıb.
Məlumatda deyilir ki, müğənni Luqansk şəhərində yeni il axşamı separatçılar üçün verdiyi konsertə görə ittiham edilir.

Ukrayna Təhlükəsizlik Şurasının İstintaq Baş İdarəsinin rəisi Vasili Vovkun sözlərinə görə, Çiçerina ilə yanaşı Rusiya aktyorları da axtarışdadır. Onların arasında A.Panin, M.Poreçenkov, İ.Oxlobıstin və digərlərinin də adları var.