Bəylə gəlin küçədə dalaşdı - FOTOLAR

4 Yanvar 2015 21:42 (UTC+04:00)



AzNews.az xəbər verir ki, sevdiyi adamın onu qocalanda da sevib-sevmədiyini öyrənmək üçün çinli gəlin özünü olduğundan çox yaşlı göstərib.

Gəlin bir makiyaj etdirərək bəyin qarşısına çıxıb. Bəy isə onu görən kimi çox təəccüblənib və bunun səbəbini soruşub.

Gəlin isə "70 yaşıma gələndə də məni sevib-sevməyəcəyinə əmin olmaq istədim" cavabını verib.

Bəy dərhal gəlinə makiyajını silməyi təkid edib. Əks halda onunla heç vaxt şəkil çəkdirməyəcəyini bildirib.

Bu üzdən baş verən mübahisədə bəy gəlini atıb.
Tərk edilən gəlin isə küçənin ortasında göz yaşı töküb.