Britaniya XIN-i: “Gürcüstanda etiraz aksiyaları ola bilər”

1 Oktyabr 2012 09:53 (UTC+04:00)
Britaniya Xarici İşlər Nazirliyi Gürcüstanda keçirilən seçkilərlə bağlı bəyanat yayıb. AzNews.az-ın newsgeorgia.ru saytına istinadən verdiyi xəbərə görə, Britaniya XİN-i aksiyaların ola biləcəyi ilə bağlı əhalini xəbərdar edib və insanlara əhalinin gur olduğu yerlərdə getməmək məsləhət görülüb.

"Aksiyaların keçirilmə ehtimalı var. İnsanlar kütləvi izdihamın olduğu yerlərə getməkdən çəkinməlidirlər. Oyaq və gözü açıq olmalıdırlar".

Qeyd edək ki, qərb ölkələri tərəfindən oxşar bəyanatlar bundan əvvəl də səsləndirilmişdi.

Sadiq Musa
AzNews.az