Ağrı dağın "şlyapası“ - FOTO

5 Yanvar 2015 13:49 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu mənzərəni görən vətəndaşlar "Ağrı dağı soyuqda sanki şlyapa taxıb" sözlərini deyib.

Doğubayazıt rayonunda yerləşən və dəniz səviyyəsindən 5 min 137 metr hündürlükdəki Ağrı dağının zirvəsi dairəvi buludların yaratdığı obrazla hamını təəccübləndirib.

Əfsanələri və nəğmələri ilə məşhur olan, Türkiyə ilə yanaşı İran, Ermənistan və Naxçıvandan da görünən Ağrı dağı, dünən günəş batdığı zaman qeyri-adi bir görünüşə bürünüb.

Zirvəsində dörd mövsüm qar əskik olmayan, hər il minlərlə yerli və xarici alpinistə qucaq açan Ağrı dağında ən son 2012-ci ildə belə oxşar mənzərə yaranmışdı.