Evlilikdən öncə veriləcək - 20 sual
5 Yanvar 2015 16:39 (UTC+04:00)
AzNews.az evlənmədən öncə verilməli olan 20 sualı təqdim edir.

1. Valideyn olmaq istəyirsənmi? Neçə uşağının olmasını və nə zaman olmasını istəyərsən?

2. Din sənin üçün nə qədər önəmlidir? İnanclarımız fərqlidirsə, eyni evdə yaşaya bilərikmi? Mənim seçimimə hörmət edəcəksənmi?

3. Yemək məsələsində kömək edəcəksənmi?

4. Ailənə nə qədər yaxın olacağıq? Hər həftə onlara getməliyikmi?

5. Dostlarınla tez-tez görüşməliyik?

6. Pulu necə böləcəyik?

7. Necə pul yığacağıq?

8. İşdən çıxarılsaq, ailəmizi necə dolandıracağıq?

9. Evlilikdə bərabərlik sənin üçün nə qədər önəmlidir?

10. Bir gün bir-birimizə kobud davransaq, ailəvi müalicəyə getməyə razı olarsan?

11. Cinsi ehtiyaclarımız haqqında açıq şəkildə danışa bilərik?

12. Səyahətə tez-tez gedəcəyik?

13. Tətillərimizi haralarda keçirəcəyik?

14. Xüsusi günlərə nə qədər önəm verirsən?

15. Heyvanları sevirsənmi? Evdə hansı heyvanı bəsləmək istəyərsən?

16. Hərbi xidmətdə olmusan? Olmamısansa, nə vaxt gedəcəksən?

17. Qocalmaqdan qorxursanmı?

18. Siyası baxışların nədir?

19. Hər hansı cinayət törətdinmi?

20. Sağlamlığınla bağlı gizlətdiyin bir şey yoxdur, elə deyil?