Yaponiya hökuməti tam heyyətlə istefaya getdi

1 Oktyabr 2012 10:04 (UTC+04:00)
Yaponiyada hökumət tam heyyətlə istefaya gedib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yaxın saatlarda yeni hökumətin tərkibi bəlli olacaq. BBC-nin Rusiya bürosundan verilən xəbərə görə, Baş nazir Esixiko Noda nazirlərin əksəriyyətini istefaya göndərib. Yalnız Xarici İşlər və Sənaye nazirləri öz postunda qalıb.

Hesab edilir ki, istefaya səbəb Yaponiya ilə Çin arasında baş verən son qalmaqaldır. Xatırladaq ki, bundan əvvəl nazirlər kabineti müxalifətin təzyiqləri ucbatından iyul ayında istefaya göndərilmişdi. O, ki, qaldı hökumətin yeni tərkibinə, Maliyyə naziri Kroika Dzedzima, Təhsil, Mədəniyyət və İdman naziri Makiko Tanaka ola bilər.

Sadiq Musa
AzNews.az