Uşaqlar müğənnilərdən nə istədilər? – FOTOSESSİYA

1 Oktyabr 2012 10:06 (UTC+04:00)
Dünən bəzi müğənnilər kimsəsiz uşaqların qarşısında çıxış edərək, onlara xoş anlar yaşadıblar. AzNews.az-ın məlumatına görə, şairə Aysel Nəcəflinin təşkilatçılığı ilə Suraxanı rayonunda yerləşən 7 saylı xüsusi internat məktəbində keçirilən xeyriyyə tədbiri valideyn himayəsindən məhrum olan uşaqlar üçün əsl bayram ab-havası yaradıb.

Aktyor Ramiz Hüseynzadənin aparıcısı olduğu tədbirdə müğənnilərdən Roza Zərgərli və onun rəhbəri olduğu "Twist" qrupu, Zarina Məmmədova, Sadiq Məmmədov və başqa yaradıcı şəxslər iştirak ediblər.
Təşkilatçı Aysel Nəcəfli AzNews.az-a bildirib ki, xeyriyyə tədbiri onun atasının və aktyor Ramiz Hüseynzadənin dəstəyi nəticəsində baş tutub:

"Bu cür xeyriyyə tədbirlərini keçirməkdə məqsədimiz uşaqlara mənəvi dəstək olmaq, onlara xoşbəxtlik nəsib etməkdir. Onlar bizim kimi hər istədiklərini edə bilmirlər. Çünki valideyn himayəsindən məhrumdurlar. Bu cür silsilə təbirlər tez-tez keçiririk".

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az