Sabir Əhmədov: “Nadir Qafarzadəni vuracağam”

1 Oktyabr 2012 10:13 (UTC+04:00)


Müğənnilər - Sabir Əhmədov ilə Nadir Qafarzadə arasında qalmaqal davam etməkdədir. AzNews.az-a danışan S.Əhmədov N.Qafarzadə ilə aralarında yaranan mübahisənin əsl səbəbini açıqlayıb:

"Nadir məni həmin toyda nə qədər gözələtdi. Onun belə hərəkəti var. Çıxış etməyə başlayan zaman musiqiçilərdən biri-nağara ifaçısı kollektivi tərk etdi. Bu, bilərəkdən oldu. Müşayiət edən musiqiçilər arasında nağara ifaçısının kollektivi tərk etməsi, qəbuledilməzdir. Bundan sonra musiqiçilərə baxıb işarəylə nəyin baş verdiyini soruşdum, onlar da mənə bir söz deyə bilmədilər. Amma mən hiss etdim ki, Nadir nağara ifaçısına göstəriş verib".

Müğənni N.Qafarzadəni təhdid etməkdən belə çəkinməyib və onu anormal insan adlandırıb:

"Nadir məni tanımırsa, niyə öpür? Yenə də böyük-kiçik yerini saxladım. İstəmirəm ki, əl-qola, güc müqavimətinə keçim. Mən qadın kimi, kiminsə vasitəsilə söz çatdırmağı sevmirəm. Sözümü üzə deyirəm. Amma onun üzünə söz desəm, dözməyəcəyəm, onu vuracağam. Bu da mədəniyyətsizlikdir. Bizə yaraşmaz. Belə düşünürəm ki, Nadir bunu boynuna almırsa, o, anormal insandır. Çox böyük bir sualın altında qalıram ki, Nadir camaatın toyunu necə aparır? O, öz elədiyi hərəkətə cavabdeh deyilsə, məsuliyyət daşımırsa, onda, təəssüflər olsun. O, məsuliyyətsiz adamdır".

Bundan əvvəl N.Qafarzadəylə aralarında heç bir problem olmadığını deyən S.Əhmədov, Nadirin bu cür hərəkətini anlamadığını söyləyib. O, həmkarına qarşı kəskin fikirlər səsləndirməkdən çəkinməyib:

"O, yanındakı oğlana, mühafizəçiyə, kiməsə güvənməsin. Maşallah, mənim 190 santimetr boyum var. Öz üzərimdə də işləyən adamam. Hər yerdə, harada istəyirsə, təkbətək mən onu başa sala bilərəm. Əgər, o, kişilikdən danışmaq istəyirsə... Ümumiyyətlə, o, danışa bilməz. Mən mədəniyyətli ailənin bir oğluyam. Heç bir müğənni deyə bilməz ki, Sabir mənə qarşı hörmətsizlik edib. Xoşuma gələn və gəlməyən insanlarla bir-bir salamlaşmışam. Mən də toylar aparıram, toylarda oluram. Faiq Ağayev, yaxud Brilliant Dadaşova gəlsin, o, onların qabağında it kimi hoppanacaq. Çünki onun gücü çatmır ki, onlara cavab versin, belə hərəkət etsin. O, mənim təbəqəm deyil. Məncə, mənim təbəqəmdə anormal adamlar yoxdur".

Fuad Mədətov
AzNews.az