Mahmud Məmmədquliyev Nyu-Yorka gedəcək

1 Oktyabr 2012 10:40 (UTC+04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev "Transmilli Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi üzrə yeni qətnamənin irəli sürülməsinə hazırlıq məqsədi ilə BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında səfərdə olacaq.

APA-nın məlumatına görə, oktyabrın 2-dək davam edəcək səfər çərçivəsində Avropa Birliyi üçün TASİM layihəsinin həyata keçirilmə vəziyyəti üzrə ikitərəfli görüşlər və brifinqin keçirilməsi, eləcə də layihənin icrası ilə bağlı görüləcək işlər barədə müzakirələrin aparılması nəzərdə tutulub.

AzNews.az