Yaddaşımız dola bilərmi? - Amerikalı alimdən sensasiyalı araşdırma
6 Yanvar 2015 11:05 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Pol Reber insan yaddaşının dola biləcəyini təsdiq edib.
Onun fikrincə, insan yaddaşı təxminən 2 kvadrillion baytdır: "Beyni videokameraya bənzətsək və onunla fasiləsiz çəkməyə başlasaq, yaddaş yeri 300 ilə kimi bəs edər, ancaq hələ heç kəs o qədər yaşamağa nail olmayıb".
"Beynin dolma limiti yaşadığımız illərlə bağlıdır və bunun yaddaşla heç bir bağlılığı yoxdur. "Mənim yaddaşım dolub" deyənlər, yaddaşlarından istifadə edə bilməyənlərdir", - deyə Pol Reber əlavə edib.
Nigar
AzNews.az