YAP-dan Elşad Abdullayevə zərbə

1 Oktyabr 2012 11:20 (UTC+04:00)


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib.

AzNews.az xəbər verir ki, bu məlumatı YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov jurnalistlərə açıqlamasında verib.

O bildirib ki, məlum rüşvət olayından sonra Elşad Abdullayev partiya üzviliyindən kənarlaşdırılıb. Millət vəkili onu da deyib ki, YAP parlament seçkilərində Elşad Abdullayevin namizədliyini heç vaxt dəstəkləməyib.

Sevinc
AzNews.az