Qadın özünü partlatdı, iki polis yaralandı

6 Yanvar 2015 19:55 (UTC+04:00)

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində qadın ölüb, iki polis əməkdaşı isə xəsarət alıb.

Məlumata əsasən, ingiliscə "pul kisəmi itirdim" deyərək şöbəyə daxil olan qadın üzərindəki bombanı partladıb.

Hazırda qadının şəxsiyyəti müəyyənləşdirilir.