Azərbaycan - Macarıstan görüşünə hazırlıq aparılır

1 Oktyabr 2012 11:46 (UTC+04:00)
Oktyabrın 8-9-da Macarıstanın paytaxtı Budapeşt şəhərində elmi və texnoloji əməkdaşlıq üzrə Macarıstan-Azərbaycan komitəsinin ikinci iclası keçiriləcək.

Bu barədə məlumat AMEA-dan verilib. İclas iqtisadi əməkdaşlıq üzrə Macarıstan-Azərbaycan dövlətlərarası komitəsinin üçüncü görüşünə nail olmaq məqsədi daşıyır.

İclasda AMEA Elmi İnnovasiyalar Mərkəzi və Macarıstanın Milli İnnovasiya Ofisi arasında əməkdaşlıq üzrə qarşılıqlı anlaşma haqqında memorandumun imzalanması da nəzərdə tutulur.

Elnarə Əlosmanqızı
AzNews.az