Şamaxıda “Xəcalət”

1 Oktyabr 2012 13:50 (UTC+04:00)
Akademik Milli Dram Teatrı Şamaxı şəhərinə qastrola gedəcək. Bunu AzNews.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirdi.

Qeyd edək ki, yaradıcı kollektiv Şamaxı teatrsevərləri qarşısında Hüseynbala Mirələmovun "Xəcalət" tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur. Rollarda isə Xalq artisti Nurəddin Mehdixanlı, Ramiz Novruzov, Əməkdar artist Mətanət Atakişiyeva və başqaları oynayacaq.

Bahar Rüstəmli
AzNews.az