“London Taxi”nin vurduğu şəxs öldü

1 Oktyabr 2012 12:49 (UTC+04:00)
Bakıda "London Taxi" markalı avtomaşının vurduğu şəxs ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, sentyabrın 24-də Xətai rayonu ərazisində, Bakı şəhər sakini Emin Babayev "London Taxi" markalı avtomaşını idarə edərkən yolu keçən Rəvan Məmmədovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada dünən dünyasını dəyişib.

Sevinc
AzNews.az