Müxalifət liderinə ayaqqabı atdılar- VİDEO

8 Yanvar 2015 18:34 (UTC+04:00)

"Qafqazinfo" Hüriyyet-ə istinadən xəbər verir ki, CHP lideri təqaüdçülərlə bağlı təşkil edilən konfransda çıxışından sonra media nümayəndələri ilə görüşüb. Bu zaman otağa daxil olan bir şəxs "atamı sizin siyasətiniz məhv etdi"- deyərək Kılıçdaroğluya ayaqqabı atıb.

Partiya rəhbəri həmin şəxsi "ruh sağlamlığı yerində olmayan adam" adlandıraraq jurnalistlərin suallarını cavalandırmağa başlayıb. O, həmin şəxs barəsində məlumatsız olduğunu bildirib.

Ayaqqabı atan Yunus Emrah S. polis şöbəsinə aparılıb.