Saakaşvili seçkini uduzdu

1 Oktyabr 2012 17:48 (UTC+04:00)


Gürcüstanın "İmedi" və "Rustavi 2" telekanallarını keçirdiyi ekzit-polların nəticələrinə görə parlament seçkilərində müxalifətdən olan biznesmen Bidzina İvanişvilinin partiyası qələbə qazanıb.

APA-nın lenta.ru saytına istinadən verdiyi xəbərə görə, ekzit-polların nəticələrinə görə prezident Saakaşvilinin hakim koalisiyası "Vahid milli hərəkat" 10% az səs qazanıb. "Civil" qəzeti dəqiqləşdirib ki, bu Tbilisi saatı ilə 16:00-ya (Bakı vaxtı ilə 17:00) olan nəticələrdi. Belə ki, respondentlərin 35% hansı partiyaya səs verdikləri barədə suala cavab verməyib. Bakı vaxtı ilə saat 21-də Gürcüstanda parlament seçkilərində səs vermə bitib.

35 seçicisi olan Gürcüstanda mərkəzi seçki komissiyasının mətbuat katibi Eki Azaraşvili bildirib ki, seçicilərin 54% səsvermədə iştirak edib.

AzNews.az