Memarlığın inkişafında xidmətləri olan şəxslər təltif edildi

1 Oktyabr 2012 17:53 (UTC+04:00)
Prezident İlham Əliyev Azərbaycanda memarlığın inkişafında xidmətləri olan şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda memarlığının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Babakişiyev Rasim Calal oğlu
Cəfərov Xəlil Ələkbər oğlu
Həsənov Vüqar Telman oğlu
Qarber Aleksandr Aronoviç
Vəliyev Nazim Oruc oğlu

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda memarlığın inkişafında xidmətləri olan şəxslərə "Əməkdar Memar" fəxri adı verilib.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda memarlığının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar Memar" fəxri adı verilsin:

Abdullayeva Nərgiz Cavad qızı
Ağayev Famil Adil oğlu
Bəylərov İlqar Xıdır oğlu
İmaməliyev Nəriman Məcid oğlu
İsmayılova Gülarə Firuddin qızı
Əhmədova Fatma Əliağa qızı
Salam-zadə Sənan Əmir oğlu

AzNews.az