Berti Foqtsa yeni qapıçı təklifi edildi
1 Oktyabr 2012 17:57 (UTC+04:00)
"Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov futbol üzrə Azərbaycan yığmasındakı qapıçı problemindən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib: "Berti Foqts ölkəmizdə çıxış edən qapıçıları diqqətlə izləməlidi.
"Qəbələ"nin qapıçısı Anar Nəzirov hazırda yaxşı formadadı. O, hətta Kamran Ağayevlə də rəqabət apara bilər. Mən Foqtsun işinə qarışmaq istəmirəm. Amma o, bu qapıçını da sınaqdan keçirməlidi. Yığma komandada rəqabət yaratmaq lazımdı ki, onlar öz üzərlərində daha çox işləsinlər. Nəzirov milliyə faydalı ola bilər".
AzNews.az