Dünyanın 2 saniyəyə vurulan qolu – VİDEO

1 Oktyabr 2012 18:00 (UTC+04:00)
Futbol üzrə dünyanın ən tez vurulan qolu qeydə alınıb. Birbaşa mərkəzdən vurulan qol cəmi 2 saniyə çəkib.

Serbiya çempionatında baş tutan oyunda futbolçu hakimin fitindən dərhal sonra topu birbaşa qapıya yönəldib.

Mövqeyini tərk edən qapıçı sıçrayış etsə də, tora daxil olan topu yalnız baxışları ilə seyr etməyə məcbur olub.



AzNews.az