Hamilə olduğunu öyrəndikdən 1 saat sonra ana oldu

10 Yanvar 2015 18:41 (UTC+04:00)


Trend-in şənbə günü "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, Ketrin Kropas adlı qadın 4,5 kiloqram ağırlığında və 58 santimetr uzunluğunda qız uşağı dünyaya gətirib.

İndiyədək hamilə olduğunun fərqinə varmadığını deyən qadın bildirib: "Əslində bəzi şeylərin baş verdiyini hiss edirdim. Məsələn, biləklərimin şişdiyini görürdüm. Bununla belə son anadək hamilə olduğumu bilməmişəm".