Saakaşvili müxalifətin qələbəsini etiraf etdi

1 Oktyabr 2012 19:20 (UTC+04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə müxalifətinin parlament seçkisində partiya siyahısı üzrə qalib gəldiyini etiraf edib.

Saakaşvili həmçinin birmandatlı dairələrdə öz partiyasının üstünlük qazandığını vurğulayıb. "Biz birlikdə işləməyi öyrənməliyik. Baxmayaraq ki, ölkədə gərgin seçkiqabağı mühit yaşanıb". Qeyd edək ki, Gürcüstan parlamentinin 150 deputatından 77-i proporsional sistem üzrə siyahılarla seçilib. 73-ü isə majoritar qaydada.

Onu da deyək ki, "İmedi", "Rustavi-2" telekanallarının apardıqları ekzit-pollara istinadən bildirir ki, İvanaşvilinin rəhbərlik etdiyi blok səslərin 35 faizini qazanmaqla liderlik əldə edib. Gürcüstan prezident Mixail Saakaşvilinin Milli Birlik Hərəkatı ikinci yerdədir. Qurum səslərin 30 faizini qazanmaqla kifayətlənib.

Müxalifətyönümlü "Maestro TV"nin apardığı ekzit-polun nəticələrin görə isə, B.İvanaşvilinin bloku səslərin 63, Saakaşvilinin partiyası 27 faizini toplayıb.

AzNews.az