Avropada 18 milyon işsiz var

2 Oktyabr 2012 04:55 (UTC+04:00)
Avropada təkcə avqust ayında iqtisadi böhranla bağlı yaranmış vəziyyət işsizlık faizini 11,4-ə çatdırıb. 12 ayda ümumilikdə 2 milyon 144 min nəfər işsiz qalıb. Avropada isə bu rəqəmin 18,2 milyon nəfər olduğu bildirilir.

Avrodan istifadə edən 17 ölkədə qeydə alınan rəqəmlər əsasında hazırlanan hesabata görə bu rəqəm 1995-ci ildən bəri qeydə alınan ən yüksək rəqəmdir. Avropada ən yüksək işsizlik faizi İspaniyada qeydə alnıb- 25.1 faiz.

Yunanıstanda bu rəqəm 24.4 faiz təşkil edib. Avro bölgəsində ən aşağı işsizlik faizi 5.5 faiz olmaqla Avstriyada qeydə alənıb.

Elnarə Əlosmanqızı
AzNews.az