Platini: “Avro-2020“nin ev sahibliyinə ölkə federasiyaları qərar verəcək“

2 Oktyabr 2012 05:08 (UTC+04:00)
UEFA prezidenti Mişel Platini "Avro-2020"nin ev sahibliyi ilə bağlı məsələyə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, Sankt-Peterburqda mətbuat nümayəndələrinə açıqlama verən Platini "Avro-2020"nin ev sahibliyinə futbol ölkələrinin federasiyaları ilə birgə qərar verəcəklərini bildirib: "Avropa çempionatına ev sahibliyi ilə bağlı fikirlərimizi ölkə federasiyalarına bildirmişik.

Əgər qarşı tərəfdən də müsbət cavab alsaq, biz də öz qərarımızı açıqlayacağıq. "Avro-2020"nin ev sahibliyi ilə bağlı məsələyə 2013-cü ilin ilk aylarında aydınlıq gələcək".

Qeyd edək ki, 2020-ci il Avropa çempionatına Türkiyə ilə yanaşı, Şotlandiya, İrlandiya, Uels "trio"su və Azərbaycan – Gürcüstan dueti də namizədliyini verib.

AzNews.az