“Qalatasaray“ “Braqa“ya qarşı

2 Oktyabr 2012 05:11 (UTC+04:00)
Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ikinci turun oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.

E qrupunda İtaliya nəhəngi "Yuventus" doğma meydanda "Şaxtyor" (Ukrayna) klubunu qəbul edəcək. Digər görüşdə "Nordsjaelland" (Danimarka) "Çelsi" (İngiltərə) klubunu sınağa çəkəcək. F qrupunda iki lider - BATE (Belarus) və "Bavariya" (Almaniya) komandaları üz-üzə gələcək. İspaniyada isə "Valensiya" Fransanın "Lill" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

G qrupunda Moskva "Spartak"ı doğma azarkeşləri önündə Şotlandiyanın "Seltik" klubu ilə qarşılaşacaq. Qrupun lideri "Barselona" isə Portuqaliyada "Benfika"nın qonağı olacaq.

H qrupunun favoriti "Mançester Yunayted" klubu bu turda Rumıniyaya səfər edəcək. Burada İngiltərə nəhəngi "CFR Kluj"la üz-üzə gələcək. Son Türkiyə çempionu "Qalatasaray" isə evdə Portuqaliyanın "Braqa" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, ikinci turun qalan görüşləri sabah axşam keçiriləcək.

AzNews.az