Məşhur müğənni Şakira oktyabrın 13-ü və 14-ü Bakıda konsert proqramı ilə çıxış edəcək. AzNews.az-ın məlumatına görə, müğənni Bakıdakı konsert proqramlarıyla bağlı Azərbaycan tamaşaçılarına müraciət edib.
O, hamını "Baku Crystal Hall" gözlədiyini bildirib.
Qeyd edək ki, Şakira FIFA 2012 U-17 Qadınlararası Dünya Çempionatının final gününə dəvət alıb. Oktyabrın 14-də isə "Baku Crystal Hall"da ilk solo konsertlə çıxış edəcək.