Sevdiyi qıza görə qanı axdı

2 Oktyabr 2012 06:46 (UTC+04:00)
Bakının Suraxanı rayonunda cinayət hadisəsi baş verib. Hövsan qəsəbəsində Sənan Quliyev adlı şəxs bıçaqlanıb. Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis araşdırmalarının nəticəsinə görə, hadisə qız üstündə yaşanıb.

Suraxanı Rayon Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, istintaq artıq hadisənin törədən şəxsin kimliyini müəyyənləşdirib. Ancaq bu barədə hələ ki, məlumat verilmir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Sevinc
AzNews.az