İctimai Palata Abutalıbovdan şəhərin mərkəzini tələb edir

2 Oktyabr 2012 06:58 (UTC+04:00)
"İctimai Palata mitinq keçirmək üçün meriaya müraciət edəcək". Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayev deyib. Onun sözlərinə görə, İP-in payızda mitinq keçirəcəyi ehtimal edilir. Amma bu barədə dəqiq qərar yoxdur: "Mitinq keçirmək qərarı verilsə, Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət ediləcək. Bizim 20-ci sahəyə getmək fikrimiz yoxdur. Mitinqin şəhərin mərkəzində keçirilməsi üçün təkliflərimizi verəcəyik. Şəhər rəhbərliyinin razılıq verib-verməməsi sonrakı məsələdir. Bütün bunlar hamısı İctimai Palatada müzakirə ediləcək".

Azərbaycan Xalq Partiyasının sədri, İctimai Palata Koordinasiya Şurasının üzvü Pənah Hüseyn isə bildirdi ki, mitinq keçirmək barədə planlar yoxdur: "İP bu barədə nə vaxt qərar versə, o zaman münasibət bildirəcəyik. Hələki belə bir məsələ ətrafında müzakirələr aparılmır".

İlkin
AzNews.az