Qazaxıstan BTC razılaşmasına hazırdır

2 Oktyabr 2012 07:03 (UTC+04:00)


Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan neft kəməri vasitəsilə ixracı istisna edilmir. Bunu Qazaxıstanın neft və qaz naziri Sayat Minbayev bildirib.

Nazir qeyd edib ki, Aktau limanı ilə 2012-ci ildə 8 milyon ton neft yüklənəcəyi, tədricən isə Bakıdan keçməklə Batumiyə qədər çardırılacağı istisna edilmir. Nazir gələcəkdə bu neftin müəyyən hissəsinin BTC neft kəməri vasitəsilə daşınmasının mümkünlüyünə də diqqəti çəkib.

Bununla yanaşı Qazaxıstan rəmisi ölkəsi üçün əlverişli kommersiya şərtlərinin də bu qərarın verilməsindəki rolunu vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az