Ağ Ev: “Biz İranı seçim qarşısında qoyacağıq”

2 Oktyabr 2012 07:24 (UTC+04:00)
Ağ Ev təmsilçisi Cey Karni İrandan danışıb. AzNews.az-ın ria novosti agentliyinə istinadən verdiyi xəbərə görə, xanım Karni bildirib ki, AĞ Evdə beynəlxalq iqtisadi təzyiqin İran iqtisadiyyatına ciddi zərbə vuracağına əmindirlər.

Bundan əlavə o, qeyd edib ki, İran iqtisadiyyatına dəyən ciddi ziyan İranı nüvə proqramında daha konstruktiv olmağa məcbur edəcək. O, misal olaraq İran valyutasının dəyərdən düşməsini göstərib və əlavə edib ki, zəif iqtisadiyyat nüvə proqramını maliyyələşdirməyə imkan verməyəcək.

Xanım Karni sanksiyalara görə İranın özünü ittiham etməkdən də çəkinməyib. "Bu yolu onlar özləri seçdilər. İndi İran miqyassız iqtisadi təzyiqlərlə üzləşir. Biz əvvəlcədən siyasətimizi elə qurduq ki, onları seçim qarşısında qoyaq". Ağ Ev təmsilçisi İrana xəbərdarlıq da edib və bildirib ki, İran nüvə proqramından əl çəkməsə daha böyük iqtisadi çətinliklər və izolyasiya ilə üzləşəcək.

Sadiq Musa
AzNews.az