ANS Ulviraya əvəz tapa bilmir

2 Oktyabr 2012 07:34 (UTC+04:00)
Milli.Az-ın əldə etdiyi məlumata görə, ANS TV-nin populyar simalarından olan Ulvira Qarayeva yeni mövsümdə açmış olduğu "İkinci həyat" verilişindən uzaqlaşdırılmayıb. Qarayeva layihə rəhbəri kimi işini davam etdirir. Onu da öyrəndik ki, cəmi bir həftə boyunca teleaparıcı Rövşanə Bektaşinin təqdimatında yayımlanacaq proqramı növbəti günlərdə aktrisa, sözügedən kanalın simalarından biri olmuş Zümrüd Qasımova tamaşaçılara təqdim edəcək.

Ulvira da boş oturmaq fikrində deyil. "İkinci həyat"ın format dəyişikliyinə görə həftənin bir günü sənətçilərimizin keçmişlərindən bəhs edəcək sənədli filmlər nümayiş olunacaq. Teleaparıcının şəxsən iştirakı ilə artıq iki müğənni haqqında film çəkilib. Onlar əməkdar artist Baloğlan Əşrəfov və estrada ulduzu Sevda Yahyayevadır.

AzNews.az