Bakirəliyini 160 min dollara satdı

2 Oktyabr 2012 07:43 (UTC+04:00)


Braziliyalı qız bakirəliyini satır. AzNews.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Katarina Maqlorni kasıb ailələrə yardım üçün pul əldə etmək məqsədilə bakirəliyini hərraca çıxarıb.

Qeyd edək ki, 20 yaşlı bu qız satış elanını bir internet saytında verib. İlk təklif isə 160 min dollar dəyərində olub. Katarina özü isə bu barədə bildirib ki, həyatında bir dəfə edəcəyi şey üçün o fahişə və ya bu işin mütəxəssisi olmayacaq: "Etdiyim fahişəlik deyil".

Sevinc
AzNews.az