Ermənilər Rusiyanın hərbi bazasını mühasirəyə aldı - VİDEO

14 Yanvar 2015 21:40 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi yayıb.
Məlumatda deyilir ki, etirazçıların əsas tələbi 6 ermənini qətlə yetirən rus əsgər Valeri Permyakovun Ermənistanın hüquq-mühafizə orqanlarına verilməsidir.

Hərbi hissəni qoruyan erməni polisi də onların qarşısında duruş gətirə bilməyiblər. Nəticədə ermənilər bazaya xeyli yaxınlaşıblar.

Bununla yanaşı bu gün Gümrüdə etirazçıların avtomobil yürüşü də təşkil edilib.
Qeyd edək ki, rus əsgər Valeri Permyakov yanvarın 12-də avtomat silahla 6 nəfəri güllələyib, 6 aylıq oğlan uşağını da avtomatın bıçağı ilə ölümcül yaralayıb.
Türkiyə sərhədində tutulan Valeri qətli törətdiyini etiraf edib.



AzNews.az