Heydər Əliyev Mərkəzinin fotoları müsabiqədə birinci oldu
15 Yanvar 2015 08:10 (UTC+04:00)
Britaniyanın "Archaid Image" təşkilatı və "STO" şirkətlər qrupu tərəfindən keçirilən müsabiqənin qalibi Sinqapurda Ümumdünya Memarlıq Festivalı çərçivəsində britaniyalı fotoqraflar Hufton və Crow cütlüyü elan edilib.
Məşhur fotoqraflar "interyer" nominasiyasına Heydər Əliyev Mərkəzinin möhtəşəm iç dizaynını çəkməklə birinciliyə layiq görülüblər. Fotoqraflar Heydər Əliyev Mərkəzinin gözoxşayan xarici görüntüsünü çəkməklə də festivalın "eksteryer" nominasiyasında qalib elan ediliblər.
Qalib fotolar arsında Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Portuqaliya və başqa ölkələrdə çəkilmiş şəkillər də var.
Festivalda qalib olan fotolar 16 yanvar-28 fevral tarixlərində Londonda sərgilənəcək. (AzərTAc)