Çili metrosunda partlayış oldu – Yaralılar var (VİDEO)

15 Yanvar 2015 08:49 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumatda deyilir ki, partlayş oğurluq məqsədilə həyata keçirilib.



Belə ki, naməlum şəxslər bankomatı oğurlamaq üçün bu addımı atıblar. Nəticədə ərazidə yanğın olub, oğrular isə bankomatı hadisə yerindən apara bilməyiblər və aradan çıxıblar.

Hadisə zamanı yaralıların olduğu bildirilir. Metronun əməkdaşları baş verən yanğının qarşısını alıblar.

Partlayış haqda əlavə məlumat veriləcək.