1 gündə 52 cinayət

2 Oktyabr 2012 07:54 (UTC+04:00)
Dünən gün ərzində ölkəmizdə 52 cinayət hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 52 cinayət faktı qeydə alınıb.

Onlardan 19-u "isti izlər"lə açılıb. Həmçinin, ötən günlərdən bağlı qalmış 8 cinayətin üstü açılıb. Qeyd edək ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında isə 9 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 6 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Onu da bildirək ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 20 cinayətkar şəxs isə tutulub.

Sevinc
AzNews.az