“Türkiyə ilə müharibədə də ruslarla ermənilər bir olub”– VİDEO
15 Yanvar 2015 15:10 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.
Aleksey Polyuxoviç 102-ci hərbi bazanın şəxsi heyəti və komandanlığının baş verən olaydan bərk sarsıldığını deyib.
"Biz erməni xalqına, mərhumların qohum və yaxınlarına başsağlığı veririk. Rus xalqı ilə erməni xalqının dostluğu bir çox sınaqlardan keçərək möhkəmlənib, bu dostluq Türkiyə müharibələrində də, təbii fəlakətlərlə üz-üzə qaldığımız dövrlərdə də özünü göstərib. Bu gün isə yeni bir sınaqdan keçirik. Belə faciələri törədənlərin milliyəti yoxdur. Sizi əmin edirəm ki, bu cinayəti törədən şəxs lazımı cəzasını alacaq. Hazırda Ermənistan və Rusiyanın istintaq orqanları ilə birgə obyektiv və hərtərəfli iş aparılır. Bazanın komandanlığı həlak olanların ailəsinə yaxından kömək edəcək. Biz onların dərdini başa düşürük. Belə çətin günü adlamaq üçün hamımız çiyin-çiyinə olmalıyıq", - deyə komandir müavini vurğulayıb.
Qeyd edək ki, rus əsgər Valeri Permyakov bir erməni ailəsinin 6 üzvünü öldürüb. Onların arasında azyaşlı qız uşağı da var. Ağır yaralanan 6 aylıq oğlan uşağı isə hazırda xəstəxanada müalicə edlir.
Faciəni törədən rus əsgər Türkiyə sərhədində tutularaq 102-ci bazaya gətirilib.