Azərbaycan UEFA-nın Məşqçilik Konvensiyasına qəbul olundu

2 Oktyabr 2012 08:20 (UTC+04:00)
UEFA-nın İcraiyyə Komitəsinin Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən iclasında bir sıra qərarlar qəbul edilib.

AzNews.az-ın məlumatına görə, keçirilən iclasda Azərbaycanla bağlı mühüm qərar verilib və ölkəmiz UEFA-nın Məşqçilik Konvensiyasına qəbul olunub. Azərbaycanla yanaşı, Belarus, Avstriya və Fransa da bura qoşulub.

İlk 2 ölkə Pro kateqoriyasına, digərləri Yeniyetmə A kateqoriyasına qəbul edilib. Bu konvensiyanın əsas vəzifəsi məşqçi peşəsinin müdafiəsi, səviyyəli mütəxəssislərin Avropa qanunvericiliyinə uyğun şəkildə bütün qitədə sərbəst hərəkətini təmin etməkdir.

AzNews.az