6 min qadın ərlərinə etdikləri xəyanətdən danışdı - SORĞU
16 Yanvar 2015 09:30 (UTC+04:00)
AzNews.az xəbər verir ki, araşdırma maraqlı cavablarla yadda qalıb. Xəyanətdən söz düşəndə ağıla gələn ilk şey cinsi tələbatın ödənilməməsi olur. Amma sorğunun nəticəsi bunun belə olmadığını sübut edib.
Respondentlərin böyük qismi – 16 %-i səbəb kimi ərlərinin anlayışsız olduğunu deyib.
Cinsi tələbatın ödənilməməsi cavabını isə 14 % qadın verib.
Ərlərinin kübar olmadığını düşünən qadınlar 11 %-dir.
Həyatla bağlı gələcək planları olmayan kişilər də xəyanətlə üzləşə bilərlər. 10 % respondent ərini bu səbəbdən aldadıb.
Tərəf müqabilini gigiyenik qaydalara əməl etmədiyinə görə aldadan qadınlar sorğunun 9 %-ini təşkil edir.
Qadınların 7 %-i ərlərinin iş həyatındakı bacarıqsızlığını xəyanətə səbəb göstərib.
5 % qadın isə ərini "ana uşağı" olduğu üçün aldadıb.