Təyyarədəki yeməklər niyə dadsız olur?

16 Yanvar 2015 16:18 (UTC+04:00)


AzNews.az xəbər verir ki, 10 min metr yüksəklikdə dad və iy duyumu dəyişir. Yeməklərin dadını hiss etmək üçün isə bu iki duyumun normal işləməsi lazımdır.

Ekspertlər bunun səbəbini havadakı rütubətliliyin və havadakı sıxlığın azlığı və gurultu ilə izah edirlər.

Təyyarəyə addım atdığınız anda ilk olaraq iy alma duyumunuz təsirlənir. Təyyarə havaya qalxdıqca havadakı sıxlıqla bərabər rütubətlilik də aşağı düşür.
10 min metr yüksəklikdə havadakı nəmişliyin dərəcəsi 12 % təşkil edir ki, bu da düzənlik havasından da quru deməkdir.

Nigar
AzNews.az