Futbolçu Ruslan Abışov xəyallarda yaşayır

2 Oktyabr 2012 09:15 (UTC+04:00)
17 yaşadək qızlar arasında dünya çempionatını hər an nəzarətdə saxlayan FİFA tez-tez turnirə həsr olunmuş xəbərlər, müsahibələr dərc edir. 

AzNews.az ali futbol qurumunun rəsmi saytı bu dəfə milli komandamızın və "Xəzər Lənkəran"ın müdafiəçisi Ruslan Abışovdan müsahibə götürüb.

Millimizin üzvü Rusiya ilə oktyabrın 16-da baş tutacaq matça da toxunub: "İsraillə oyunda fiziki hazırlığımız mükəmməl deyildi. Bunu Portuqaliya ilə qarşılaşmada da hiss etdik. Onda da uduzmağa başladıq. Rusiya isə Portuqaliya səviyyəsində deyil və biz yaxşı nəticəyə ümidliyik".

R.Abışov DÇ-2014-ün seçmə mərhələsinin İsraillə Bakıdakı ilk oyununu da xatırlayıb: "İsraillə oyun məndə xoş hisslər yaşatdı. Həmin oyuna yaxşı hazırlaşmışdıq, buna uyğun da oynadıq. Lakin 1 xal qazandıq ki, bundan artığına layiq idik. Həmin heç-heçədən sonra Portuqaliya ilə qarşılaşmada da yaxşı nəticə qazanacağımızı düşünürdük. Amma onlar çox yüksək səviyyəli futbol oynayırlar".

Futbolçu "Neftçi"ni prinsipial rəqibi "Xəzər Lənkəran"a dəyişməsinə isə belə aydınlıq gətirib: "Mən "Xəzər Lənkəran"ı ona görə seçdim ki, onların titul qazana biləcəyini hesab edirəm. İndi görürəm ki, bu komandada hər şey yüksək səviyyədədir. Mövsümə yaxşı başlamamışıq. Lakin hələ vaxt var. Biz hər şeyi xeyrimizə dəyişə bilərik".

AzNews.az