AZAL-dan Xankəndi aereportu qalmaqalına açıqlama gəldi

2 Oktyabr 2012 09:19 (UTC+04:00)
Dağlıq Qarabağın hava məkanı hərbi zona olduğundan orada mülki aviasiyadan istifadə yolverilməzdir. Bunu SalamNews-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli Xankəndi aeraportunun açılması ilə bağlı erməni tərəfinin mövqeyinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, əgər ermənilər Qarabağ səmasında mülki aviasiyanın uçuşunu həyata keçirərələrsə, o zaman onlar 1944-cü il Çikaqo Konvensiyasını pozmuş olacaqlar. Ona görə ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğundan hava məkanı da Azərbaycanın suveren hava məkanının tərkib hissəsidir.

O deyib: "Bu hava məkanından istifadə edilməsinə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından başqa heç bir qurum icazə verə bilməz. Bu baxımdan hər hansı beynəlxalq təşkilatın Xocalıdakı aeroportun istifadəsi ilə bağlı erməni tərəfinə sertifiakt verə bilməz. Bu hava məkanında uçuşlar ancaq Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının razılığı ilə həyata keçirilə bilər".

Səfərli bildirib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) baş katibi cari ildə iki dəfə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına müracitə edib. O, bu müraciətində təşkilat tərəfindən ermənilərə hər hansı sertifakatın verilməməsini bəyan edib. Bu sənədin surəti Xocalı aeroportuna da göndərilib.

AzNews.az