İran müxaliflərini İnterpolun axtarışına verdi

2 Oktyabr 2012 09:27 (UTC+04:00)
Rəsmi Tehran ABŞ-ın terrorçu təşkilatlar sıyahısından çıxardığı, İran rejiminin müxalifləri arasında xüsusi yer tutun Xalq Mücahidləri Təşkilatının üzvlərini İnterpolun axtarışına verəcək. Bu barədə məlumatı İranın təhlükəsizlik baş idarəsinin rəhbəri, general Əhmədi Müqəddəm verib.

İran televiziyasının yaydığı məlumatda bildirilir ki, general Xalq Mücahidləri Təşkilatını İran və İraqda çox sayda cinayətlərdə, terror hadisələrində günahlandırıb: "Buna görə də İran Amerikanını terrorçu təşkilatlar sırasından çıxardığı xalq mücahidlərinin İnterpol vasitəsilə axtarışını davam etdirəcək".

Alpər
AzNews.az